Tərəflərinin uzunluğu x sm və y sm olan düzbucaqlının perimetri 36 sm olarsa, y-in x-dən asılılığını düstur şəklində yazın.
Düzbucaqlının sahəsi 84 dm2, tərəflərindən biri x dm-dir. y tərəfinin
tapılması üçün düstur yazın. Bu düsturda x və y arasında asılılığı
müəyyən edin.
Üçbucağın perimetri 26 sm, tərəflərindən biri 8 sm, ikinci tərəfi
a sm-dir. Üçüncü tərəfin uzunluğunu müəyyən etmək üçün düstur
yazın.