Mətni oxuyun və plan əsasında danışın. Sonra mətni bir də oxuyun və ifadə yazın. BALACA SOLMAZ
Poçtalyon məktubu verib getdi. Ancaq Solmaz Məsmə xalanın yanında qaldı.
Məsmə xala yatağında dikəlib məktubu oxumaq istədi. Solmaz tez yastığı düzəldib, onun
kürəyinə söykədi.
Məsmə xala eynəyini taxıb məktubu oxumağa başladı. Solmaz çarpayının qabağındakı balaca
stolun üstündə çirkli qabları gördü. O tez qabları götürüb mətbəxə apardı. Yuyub şkafa qoydu.
Stolun üstündəki süfrəni düzəltdi. Orada bir resept gördü. Bir saat
qabaq
həkimin həyətə nə
üçün gəldiyini o indi
başa düşdü
. Solmaz resepti götürüb dedi:
– Məsmə xala, gedib aptekdən dərmanları alımmı?
Məsmə xala
əvvəl
razı olmadı. O,
balaca
Solmaza əziyyət vermək istəmirdi. Qızın təkid et
diyini gördükdə, razılaşmalı oldu.
İki saatdan sonra Solmaz Məsmə xalanın dərmanlarını alıb gətirdi.
Məsmə xala onun
kiçik
, yaraşıqlı alnından öpdü.