7. Cümlələrdə altından xətt çəkilmiş feillərin hansı növə aid olduğunu müəyyən edin.
A. Milli Məclisin qəbul etdiyi qanuna əsasən, Novruz rəsmi dövlət
bayramı kimi qeyd olunur.
B. Burada səhvə yol verilib.
C. Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal
qalanır.
Ç. Bu bitki növünə ölkəmizdə nadir hallarda təsadüf edilir.
D. Meşələr və çəmənlər yaşıl rəngə boyandı.
E. Oyunçuya sonuncu dəfə xəbərdarlıq edildi.
2. Klassiklərimizin əsərləri bu gün də sevilə-sevilə oxunur.
F. Bu döyüşdə o, çiynindən yaralandı.
G. Uzaqdan kiçik bir kənd görünürdü.
Məchul növ feillər: A B C Ç D E F G
Qayıdış növ feillər: A B C Ç D E F G
Şəxssiz növ feillər: A B C Ç D E F G