9 15m I dərs
• Məzmun üzrə iş
1. Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə
yetirə bilərsiniz), sonra parta yoldaşınızla birlikdə aşağıdakı suallara diqqət yetirmək-
lə məzmun üzərində düşünün.
1) Əsər kimə müraciətlə yazılıb?
2) Şair bayrağı nə münasibətlə xatırlayır?
3) Şeirdə Qərb necə xatırladılır?
4) Həmvətəninə “arkadaş” deyə müraciət edən şair ona nəyi tövsiyə edir?
5) Şairin İlahidən istəyi nədir?
6) Şair vətəni, xalqı haqqında hansı fikirdədir?
7) Şeirdə şəhidlər haqqında hansı fikirlər söylənilir?
8) Şeiri oxuyarkən gözünüzün önündə hansı hadisələr və kimlərin obrazı canlandı?