Aşağıda verilmiş bənd ilə bağlı səhv fikri müəyyənləşdirin.
Döşünü qayıqlar düymətək bəzər,
Dedim, bu görkəmlə Xəzərə bənzər,
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl.
1. Göygölü böyüklüyünə görə Xəzərə bənzədir.
2. Göygölü Xəzərin qızı adlandırır.
3. Göygöldə də Xəzər kimi qayıqlar üzür.
4. Xoş sözlərdən Göygölün nazlandığını çatdırır.
5. Göygöldə havanın çiskinli olması qeyd olunur.