bakıdakı opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə bakıya bir xanəndə qadın gəlir. səsinin ahəngi, özünün gözəlliyi ilə bakı milyonçularının diqqətini cəlb edir. milyonçu mayılov qardaşlarından böyüyü bu qadına bərk [vurulur]. ona brilyant üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar [bağışlayır].
xanəndə xanım gah ağac və taxtadan tikilmiş “sirk” binasında, gah da “qış” klubunda [konsert verirdi]. qastrol [başa çatanda] xanəndə xanımın şərəfinə təntənəli vida mərasimi düzəldirlər.
söhbət zamanı xanımdan soruşurlar:
- bizim şəhərə bir də nə vaxt gələcəksiniz?
xanım başını bulayıb cavab verir: “yəqin ki, heç zaman. çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. sizin bu gözəl, [zəngin] bakıda münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini [nümayiş etdirə] bilsin”.
mayılov deyir: “bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız”.
razılaşırlar.
hacı zeynalabdin tağıyev həmin [əhvalatı] eşidir. mayılova rast gələndə söhbət əsnasında binanın tikilməsini xəbər alır. mayılovun cavabından sonra deyir: “ ağlım kəsmir o boyda binanı bir ilə tikdirib [başa çatdırmaq] mümkün olsun. mən özüm bənna, sonra da podratçı olmuşam. çoxlu evlər tikmişəm. hər şeyi bilirəm. çətin işdir”.
mayılov gülümsəyib deyir: “hacı, gəl mərcləşək. əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə”.
razılaşırlar. mayılov binanı bir ilin əvəzinə səkkiz aya tamamlatdırır.
səs bayıra yayılmasın, içəridə qalsın deyə, tavana başdan-başa ikiqat [qalın] məxmər, onun üstündən də keçə döşəyiblə
mayılov xanəndə xanıma teleqram vurur. o da bakıya gəlir, operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. xanəndə xanım ariyanı qurtaranda başına pul yağır. səhnə başdan-başa gül-çiçək içində idi.
mayılov xanıma gül və çiçək əvəzinə pullardan düzəldilmiş böyük bir çələng göndərir. bu barədə şəhərdə uzun-uzadı söhbət gedir.
которые в скобках это​

пстрвчлвяряу пстрвчлвяряу    1   17.11.2019 20:30    2

Другие вопросы по теме Другие предметы